Cümə , May 17 2024
azenru
Home / Xəbərlər / 2399 manata otaq, xüsusi şam yeməyi, ulduz axını… – YENİ İL QİYMƏTLƏRİ

2399 manata otaq, xüsusi şam yeməyi, ulduz axını… – YENİ İL QİYMƏTLƏRİ

Şimal bölgələrimizdə yerləşən otellərin bəziləri yeni il üçün qiymətləri açıqlayıb. TravelNews.Az həmin qiymətləri və bu qiymətlərə daxil olan xidmətləri izləyiciləri ilə paylaşır.

Quba Rixos bu yeni ildə maraqlı şoular və ulduz axını ilə yadda qalacaq. Otel qonaqları Miri Yusifi, Ayaz Qasımovu, Murad Arifi və başqa tanınmışları görmək və dinləmək şansı əldə edəcəklər.

Qeyd edək ki, yeni il proqramı 31 dekabr – 2 yanvarı əhatə edəcək.  Qiymətlər isə belədir:

Deluxe King (Mountain View) – 1999 AZN

Deluxe Twin (Mountain View)  – 1999 AZN

Deluxe King (Lake View) – 2099 AZN

Deluxe Twin (Lake View) – 2099 AZN

Junior Suite – 2199 AZN

Honeymoon Suite – 2399 AZN

Family Suite (4 nəfərlik) – 3399 AZN

Manna Villa (2 nəfərlik) – 2499 AZN

Midiya Villa (6 nəfərlik) – 5999 AZN

Urmiya Villa (8 nəfərlik) – 7999 AZN

Atropetana Villa (8 nəfərlik) – 7999 AZN

Qeyd edək ki, qiymətə 18% ƏDV, 3 gün 2 nəfərin oteldə qonaqlaması,  qidalanma, şou proqram, hovuz, sauna, türk hamamı, fitness zal, kanat yolundan istifadə daxildir.

“Şahdağ Otel və SPA” da qiymətləri açıqlayıb. Aşağıda göstərilən qiymətlərə oteldə bir gecə qonaqlama, səhər yeməyi və xüsusi şam yeməyi, içkilər, əyləncə daxildir. Qeyd edək ki, bu qiymətlər yalnız 31 dekabr tarixi üçün nəzərdə tutulub.

Terane Menzere (MOUNTAIN VIEW) – bir nəfərlik otaq (Single) 730, iki nəfərlik otaq (Double) 1230 AZN

Terane Menzre (PLAZA VIEW) – bir nəfərlik otaq (Single) 700, iki nəfərlik otaq (Double) 1220 AZN

Shahdag Miras – bir nəfərlik otaq (Single) 680, iki nəfərlik otaq (Double) 1150 AZN

Shahdag Miraz (PLAZA VIEW) – bir nəfərlik otaq (Single) 650, iki nəfərlik otaq (Double) 1120 AZN

Zirvə otel –  bir nəfərlik otaq (Single) 610, iki nəfərlik otaq (Double) 1070 AZN

Onu da qeyd edək ki, əlavə yataq və uşaqlar üçün yerlər də ödənişlidir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir