Çərşənbə , May 8 2024
azenru
Home / Blog / “Xınalığı ilk dəfə bu rakursdan görürdüm” – İRADƏ QƏDİROVA YAZIR

“Xınalığı ilk dəfə bu rakursdan görürdüm” – İRADƏ QƏDİROVA YAZIR

…Səhər 06:00-06:45 arası Günəş əsrarəngiz rənglərlə dağlar üzərindən doğmağa başlayırdı. O rənglər bir tərəfdən Şahdağ və Qızılqayanı qızılı tonlara boyayırdı, digər tərəfdən düşərgəmizə (Khinalıg Base Camp 2635 metr ) maraqlı görüntü bəxş edirdi. Sonra yuxarıya doğru qalxdıqca başqa planetə düşmüş kimi bir durum yaşamış olduq. Hər şey bir gün ərzində, hətta bir neçə saat ərzində baş verirdi. Xınalıq dağından enincə sağa bir nəzər yetirdikdə o tərəflərdə Qalaxudat və Qrız kəndlərinin üzərini qatı bir duman aldığını gördük. O duman aşağıda artıq çayı keçəndə Xınalığa doğru yaxınlaşırdı…

…Zirvə yürüşün ən maraqlı hissəsindən biri Qudyalçayı keçməkdir. Ələlxüsus hava soyuqdursa, çayı keçməklə bağlı bir xeyli düşünürsən amma digər yolu yoxdur – keçməlisən. İlk gün gur axan çayın suyunun soyuqluğu hədsiz hiss edilsə də ikinci gün geriyə dönüş zamanı ayaqların yorğunluğunun həfiflənməsi baxımından yaxşı təsir bağışladı.
Digər tərəfdən Xınalığı ilk dəfə bu rakursdan görürdüm. Çayı keçib sahilində ayaqların qurumasını gözləyirdik və mənə elə gəlirdi ki, uzaq Karakorum tərəflərdəyəm. Hunzanı düşünürdüm ki, 2 sərhədçi əsgərimiz yaxınlaşdı. İcazə durumu var idi deyə rahat idik. Onlarsa sadəcə “Qəbələyə mi keçəcəksiniz?” deyə soruşdular. Hunzadan Xınalığa qayıtdım.”Qəbələ…Xınalıqdan”… Keçən il Duruca kəndində qonağı olduğumuz evin xanımının sözləri yadıma düşdü. Xanım kəndin arxasında dağlara işarə edərək “Atalarımız vaxtilə o dağı aşmaqla Xınalığa gedib gələrdilər” demişdi. Dağlara baxa-baxa qaldım, istiqaməti çizməyə çalışırdım…Hələlik isə kəndə, oradan isə Bakıya qayıtmaq vaxtı idi…

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …