Cümə , May 17 2024
azenru
Home / Destinasiyalar / Mədəniyyət və turizm Naziri ilə Bolqarıstanın Azərbaycandakı Səfiri arasında görüş keçirilib

Mədəniyyət və turizm Naziri ilə Bolqarıstanın Azərbaycandakı Səfiri arasında görüş keçirilib

Oktyabrın 19-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirilib.

TravelNews.Az Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparılıb və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulanıb.

Bolqarıstan Respublikası Prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ilə aparılan danışıqların nəticəsi olaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarının icrasına dair fikir mübadiləsi aparılıb. 2018-ci ilin 16 yanvar tarixindən etibarən Bakıdan Sofiya şəhərinə birbaşa reyslərin açılacağını nəzərə alaraq, Azərbaycanın Bolqarıstanda və Bolqarıstanın turizm potensialının Azərbaycanda təbliği məqsədilə fəaliyyətin genişləndirilməsi müzakirə olunub.

Nazir Əbülfəs Qarayev bu istiqamətdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və adıçəkilən ölkənin Turizm Nazirliyi ilə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir