Cümə axşamı , May 9 2024
azenru
Home / Təşkilat və Operatorlar / Özəl və dövlət sektoru turizmin inkişafı üçün saziş imzalayıb – AZƏRBAYCANDA İLK

Özəl və dövlət sektoru turizmin inkişafı üçün saziş imzalayıb – AZƏRBAYCANDA İLK

TravelNews.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev bu sazişin Azərbaycan turizmi üçün önəmindən danışıb. Sazişi “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıb. Qeyd edək ki, Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir. İndiyə qədər Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və otellər daxil olub.
AZAL Assosiasiyaya üzv olmaqla yanaşı AZTA-nın idarə heyətinə tərkibinə də daxil olub və gələcəkdə aviasiya nəqliyyatının fəaliyyətininin əlaqələndirilməsində iştirak edəcək.
AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları – turizm şirkətləri, otellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, otellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil.

AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin tərkibinə daxil olması və Assosiasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir.

Bundan sonra, turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq.

Qeyd edək ki, bugünki tədbirdə turizm agentliklərinin, otellərin eyni zamanda Naxçıvan “Duzdağ” otelinin və müxtəlif KİV-lərin nümayəndələri iştirak edib.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir