Şənbə , Noyabr 2 2024
azenru
Home / Destinasiyalar / Nazir İtaliya Respublikasının səfiri ilə görüşüb

Nazir İtaliya Respublikasının səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İtaliya Respublikasının ölkəmizdəki səfiri Auqusto Massari ilə görüşüb.

TravelNews.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktybarıb 24-də baş tutan görüşdə Azərbaycan və İtaliya arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayev, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında mədəniyyət, elm və texnologiya sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İtaliya Respublikasının Mədəni İrs və Fəaliyyət, Turizm Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Roma şəhərinin meriyası arasında Saziş”in imzalanması ilə Azərbaycan və İtaliya arasında sözügedən sahələrdə əməkdaşlığa dair zəruri hüquqi bazanın formalaşdırıldığını qeyd edib. Ölkəmizdə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları barədə məlumat verib, hər iki ölkənin coğrafi yerləşməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində İtaliya ilə əməkdaşlığa xüsusi maraq göstərildiyini qeyd edib.

Nazir Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondu tərəfindən ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində göstərilən fəaliyyəti ölkə rəhbərliyinin İtaliya ilə əməkdaşlığa diqqətinin təzahürü kimi qiymətləndirib.

Görüş zamanı həmçinin Azərbaycan və İtaliya ekspertlərinin birgə iştirakı ilə həyata keçirilən “Mədəniyyət sektorunun idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində görülən işlər, o cümlədən muzey işi, mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikası ərazisindən tranzitlə keçirilməsi üzrə milli qanunvericiliyin və yerli praktikanın təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsi barədə danışılıb.

Nazir Əbülfəs Qarayev xalqlararası məlumatlılıq və yaxınlaşmanın, qarşılıqlı bilik, təcrübə və turist mübadiləsinin artırılması məqsədilə mədəniyyət və turizm sahələri üzrə birgə layihələrin sayının artırılmasının əhəmiyyətini vurğulayıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir