Bazar , May 12 2024
azenru
Home / Təşkilat və Operatorlar / Turoperatorların gəlirləri açıqlanıb

Turoperatorların gəlirləri açıqlanıb

Dövlət Statistika Komitəsi tərəfindən səyahət agentliklərinin və turoperatorların gəlirləri açıqlanıb.

TravelNews.Az xəbər verir ki, 2017-ci ilin yanvar-iyun aylarında səyahət agentlikləri və turoperatorların gəlirləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 22,4 milyon manat olub. Bu müəssisələr tərəfindən 29,7 min turistə xidmət göstərilmişdir ki, bu da əvvəlki ilin eyni dövrünün göstəricisindən 6,5 faiz çoxdur.

Xidmət göstərilmiş turistlərin 19,9 min nəfəri xarici ölkələrə, 6,3 mini ölkə ərazisində səyahət edən Azərbaycan Respublikası vətəndaşları, 3,5 min nəfəri isə Azərbaycana səyahət məqsədilə gələn əcnəbilər və vətəndaşdığı olmayan şəxslərdir. Ölkə səyahət agentliklərinə müraciət edərək müvafiq yollayış almış Azərbaycan Respublikası ərazisində səyahət edən ölkə vətəndaşlarının sayı 37,0 faiz, Azərbaycana səyahətə gələn xarici ölkə vətəndaşlarının sayı 66,7 faiz artıb, xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayında isə 5,7 faiz azalma müşahidə olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir