Cümə axşamı , Noyabr 21 2024
azenru
Home / Tədbirlər / Azərbaycanlı marketoloqlar bir araya gəldi – MARKETİNG MEETUP 2017

Azərbaycanlı marketoloqlar bir araya gəldi – MARKETİNG MEETUP 2017

Çoxdan gözlənilən, #4Noyabr haştaqı ilə məşhurlaşan “Marketing Meetup Baku” tədbiri baş tutub.

TravelNews.Az xəbər verir ki, noyabrın 4-də Monalit Plaza otelində keçirilən tədbirdə 250-ə yaxın marketoloq, iş adamı və izləyici iştirak edib. Dörd panel üzrə təşkil olunmuş görüşdə 17 spiker təcrübələrini insanlarla bölüşüb. Onların arasında məşhur aktyor Tahir İmanov, “Pazarlamasyon.com” saytının yaradıcısı Necip Murat və başqa tanınmışlar da var. Səhər saatlarında başlayan tədbir 17:00-da yekunlaşıb.

Qeyd edək ki, həm təşkilatçılar, həm də görüşün sponsorları tərəfindən keçirilən müsabiqələrdə iştirakçılara müxtəlif hədiyyələr təqdim olunub. Platinium sponsorlardan olan Turizm.Az  turizm şirkəti qalib iştirakçılara endirimli və pulsuz turlar hədiyyə edib.

Nəzərinizə çatdıraq ki, “Marketing Meetup” iş həyatındakı problemlərin həlli üçün real təcrübələrin və addımların paylaşıldığı yığıncaq ənənəsidir. Marketing Meetup IT, Modern Texnologiya, PR, Marketing və Rəqəmsal aləmi bir çətir altında görüşdürür və gələcəyi quranları bir araya toplamaq missiyasını həyata keçirir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir