Çərşənbə axşamı , May 21 2024
azenru
Home / Tədbirlər / “Festival Surprizləri”nin təqdim edilməsi davam edir

“Festival Surprizləri”nin təqdim edilməsi davam edir

Bakı Şopinq Festivalı noyabrın 15-də başa çatsa da, alıcıların festival sevincləri hələ bir müddət davam edəcək. Belə ki, “Festival Surprizləri” adlı ani stimullaşdırıcı lotereya biletlərinin alıcılara təqdim edilməsi noyabrın 26-dək davam edəcək.

TravelNews.Az xəbər verir ki, əvvəlki günlərdən fərqli olaraq, noyabrın 16-dan etibarən, qalan 10 gün ərzində alıcılara lotereyaların təqdim edilməsi yalnız iki məkanda Park Bulvar və Metro Parkda davam etdiriləcək.

Festival dövründə təşkil edilən lotereya uduşları zamanı qaliblər müxtəlif hədiyyələr və hədiyyə kuponları qazanırlar. Lotereyada bəxti gətirənlər Metroparkdan plazma televizorları, Bravo hipermarketindən “Mikromax” smartfonları, Optimal Elektroniksdən supermüasir sobalar, Park bulvardan ən yeni videokameralar, Baku Elektroniksdən tozsoranlar və festival iştirakçısı olan digər mağaza və ticarət mərkəzlərindən saysız-hesabsız hədiyyələr qazanırlar.

Lotereyanın şərtləri və oynanılmış uduş fondunun nəticələri barədə məlumat festivalın rəsmi (www.bakushopfest.com) saytında yerləşdirilir. Əlavə məlumat üçün lotereyanın keçirildiyi müddət ərzində 1547 telefon  nömrələrinə zəng etmək və ya [email protected] elektron poçt ünvanına yazmaq olar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir