Cümə , May 17 2024
azenru
Home / Təşkilat və Operatorlar / Mingəçevir Turizm Kolleci beynəlxalq əlaqələri genişləndirir – FOTOLAR

Mingəçevir Turizm Kolleci beynəlxalq əlaqələri genişləndirir – FOTOLAR

2017-ci ilin mart ayında Mingəçevir Turizm Kolleci ilə Rusiya Federasiyasının Sankt-Peterburq Turizm və Mehmanxana Servisi Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən Sankt-Peterburq  Turizm və Mehmanxana Servisi Kollecinin 6 nəfərlik nümayəndə heyəti 9-11 noyabr 2017-ci il tarixində Mingəçevir Turizm Kollecində işgüzar səfərdə olub. Səfər zamanı qonaqlar təhsil müəssisəsi ilə yaxından tanış olub, onlara kollecin yaranma tarixi, fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri və kollektivin iştirak etdiyi beynəlxalq təhsil layihələri barədə ətraflı məlumat verilib.

Görülən işlərin davamı olaraq qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə  Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov cari ilin 12-17 noyabr tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində sözügedən kollecdə səfərdə olub. Səfər çərçivəsində kollecin direktoru Svetlana Antonova ilə tədris prosesinin təşkili, tələbələrin təcrübəsi və yekun attestasiyasının keçirilməsi haqqında müzakirələr aparılıb, həmçinin kollecin maddi texniki bazası, laboratoriya və kitabxanası ilə tanış olunub.

Bundan əlavə səfər zamanı Ə.Əyyubov “Gənc peşəkərlar” Regional Açıq Çempionatının işgüzar proqramının tədbirlərində iştirak edib. Eyni zamanda Sankt-Peterburq Qonaqpərvərlik İnstitutunun rektoru İ.M.Asanova ilə  görüş keçirilib, əməkdaşlıq və birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfərin sonunda kolleclər tərəfindən icrası məqsədilə 2018-ci il üzrə perspektiv birgə iş planı hazırlanmış və gələcəkdə bu istiqamətdə həyata keçirilən əməkdaşlığın daha da genişləndirilməsi qərara alınıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir