Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Tədbirlər / “Otelçilikdə PR-in təşkili” mövzusunda seminar keçiriləcək – ELAN

“Otelçilikdə PR-in təşkili” mövzusunda seminar keçiriləcək – ELAN

Dekabrın 5-də “Excelsior Hotel & Spa Baku” otelində “Otelçilikdə PR-in təşkili” mövzusunda seminar keçiriləcək.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, seminarda “AtaHolding” korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova, “Azərbaycan Public Relation Association” idarə heyətinin üzvü, “Əlibəyov Consulting” şirkətinin rəhbəri Vəli Əlibəyov adıçəkilən mövzuda təqdimatla çıxış edəcəklər. Seminarda otel sahəsində çalışan iştirakçı PR mütəxəssisləri bu sahədə öz təcrübələrini bölüşəcək və mövzu ətrafında fikir mübadiləsi aparılacaq.

D.Zamanova bildirib ki, tədbirin keçirilməsində məqsəd otel sahəsində çalışan PR mütəxəssislər arasında təcrübə mübadiləsi aparmaq və gələcəkdə bu sahədə keçiriləcək təlimlər sahəsində əməkdaşlıq imkanlarının müzakirəsidir: “Bu gün turizmin əsas sahələrindən biri olan və Azərbaycanda da çoxsaylı otellərin tikilib istifadəyə verilməsi ilə sürətlə inkişaf edən otelçilik turizmi ilə bağlı PR, otelin təklif etdiyi məhsul və ya xidmətin müştəridə xoş və müsbət münasibət, bu sahədə qarşılıqlı anlaşma formalaşdırılmasını ehtiva edir. Otelçilik turizmi üzrə PR bacarıqlarının artırılması hazırda olduqca önəmlidir. Bu seminarın təşkili də bu məqsədə, eləcə də ümumilikdə Azərbaycanda turizmin inkişafına xidmət etmiş olur”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir