Dekabrın 14-də İçərişəhərdə yerləşən “Art Tower” rəsm qalereyasında yerli və əcnəbi fotoqrafların əsərlərindən ibarət sərgi açılacaq.
“Simalar” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, İçərişəhər” Tarix-Memarlıq Qoruq İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan”ın təşkilatçılığı ilə gerçəkləşəcək.
Bu barədə AZƏRTAC-a təşkilatın rəhbəri Dadaş Məmmədov məlumat verib: “Fotoqraf Rüstəm Hüseynovun kuratoru olduğu sərgidə ölkəmizdə son illərdə çəkilmiş fotolar nümayiş olunacaq. Sərgidə 40-dan artıq fotonun təqdimatı nəzərdə tutulur. Yalnız insan simasını əks etdirən işlər nümayiş ediləcək. Sərgi dekabrın 17-dək ziyarətçilər üçün açıq qalacaq”.