Çərşənbə , May 15 2024
azenru
Home / Nəqliyyat / Növbəti 3 gündə uçuşların olacağına zəmanət verilmir – AÇIQLAMA

Növbəti 3 gündə uçuşların olacağına zəmanət verilmir – AÇIQLAMA

İndoneziyanın Bali adasındakı beynəlxalq aeroport Aqunq vulkanının püskürdüyü külə və tüstüyə görə noyabrın 29-da da işləməyəcək. 

TravelNews.Az saytının əməkdaşları AirAsia Hava Yolları ilə əlaqə saxlayıb. Hava Yollarından verilən məlumata görə, növbəti 3 gündə uçuşların olub-olmayacağı dəqiq deyil. Bali adasındakı beynəlxalq aeroport hər an uçuşları təxirə sala bilər.

Avstraliyanın Darvin adasında yerləşən Vulkanik Kül Mərkəzinin yaydığı məlumatda isə Anunq vulkanından 7600 metr hündürlüyə qalxan kül buludunun saatda 27 kilometr sürətlə cənub və cənub-qərb istiqamətində hərəkət etdiyi bildirilir.

Noyabrın 29-da səhər saatlarında Anunq vulkanı püskürməkdə davam edib.

Nəticədə Balidən təqribən 1000 aviareys təxirə salınıb və bu 110 mindən çox sərnişinin sərbəst hərəkətinə maneə yaranıb. Turistlərin əksəriyyəti avtobuslarla qonşu Yava adasına getmək məcburiyyətində qalıb.

Balidəki otellərə adada qalan sərnişinlər üçün qiymətləri iki dəfə aşağı salmaq da təklif edilib. Qeyd edək ki, hazırda Balidə qalan azərbaycanlı turistlər də var.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir