Şənbə , May 18 2024
azenru
Home / Tədbirlər / Bəhram Bağırzadənin “Art İn Boxes” adlı fərdi sərgisi açılacaq

Bəhram Bağırzadənin “Art İn Boxes” adlı fərdi sərgisi açılacaq

Yanvarın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art İn Boxes” adlı fərdi sərgi açılacaq.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Sərgidə Bəhram Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolar sərgilənəcək.

Qeyd edək ki, Əməkdar Artist Bəhram Bağırzadə həm də fotoqraf-rəssam kimi tanınır. O, artıq 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. İxtisasça teatr rejissoru olan B.Bağırzadə 1992-ci ildən karikatura çəkir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir