Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Tədbirlər / Gənclər turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb

Gənclər turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb

PASHA travelin təşəbbüsü və Azərbaycan Turizm və Menecmentin Universitetinin dəstəyi ilə müxtəlif əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçiləri Attestasiyasından uğurla keçərək, Azərbaycan Respublikası ərazisində turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb.

TravelNews.Az xəbər verir ki, bu münasibətlə PASHA travelin ofisində hər üç tərəfin iştirakı ilə təltifetmə mərasimi olub. Gənc turizm bələdçiləri 5 aylıq-təcrübə və praktiki dərslərdən ibarət ixtisasartırma kursu keçib, fəxri bələdçilərdən ustad dərsləri alıblar. Bakı-Abşeron regionu üzrə marşrutlar və görməli yerlərə təşkil olunan model turlarda fərqlənən turizm bələdçiləri Dünya Turizm Bələdçiləri Assosasiyalar Federasiyasının beynəlxalq standartları əsasında qurulan bələdçi texniki peşə biliklərinə yiyələniblər.

ATMU-nun Tədris işləri üzrə prorektoru Eldar Aslanov AR Mədəniyyət və Turizm Nazirliyinin Turizm Bələdçiləri Attestasiyası Komissiyasının ölkəmizdə bu istiqamətdə fəaliyyətini davam etdirdiyini, növbəti günlərdə digər məzun qruplarının təltifedilməsinin gerçəkləşdiriləcəyini diqqətə çatdırıb.

Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Seymur Həsənov məzunları təbrik edib və imtahan komissiyasinin üzvü kimi, gənc bələdçilərin turizm sənayesində ölkəmizi layiqincə təmsil etməyə hazır olduqlarını deyib.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir