Şənbə , May 18 2024
azenru
Home / Təşkilat və Operatorlar / Qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılıb

Qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının 2017-ci ilin 11 ayında keçirdiyi reydlər zamanı qanunsuz ovla məşğul olan 165 vətəndaş saxlanılaraq, onlardan 145 ov tüfəngi, 601 patron, 69 ədəd quş və heyvan götürülüb.

TravelNews.Az APA-ya istinadən xəbər verir ki, qanun pozucuları barəsində protokollar tərtib edilərək, 131 nəfərə 133793 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 34 fakt üzrə təqsirkarların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Eyni zamanda keçirilən reydlər zamanı ayrı-ayrı ictimai-iaşə obyektlərində vəhşi təbiətdən qanunsuz götürülən quş və heyvanların qeyri-sərbəst şəraitdə, qəfəsdə saxlanılması ilə bağlı 17 fakt aşkarlanıb. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat məbləğində cərimələnib, vəhşi quş və heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir