Şənbə , May 18 2024
azenru
Home / Təşkilat və Operatorlar / İtən alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Rabitə Nazirliyinə sorğu verilib

İtən alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Rabitə Nazirliyinə sorğu verilib

İtkin düşmüş alpinistlərin yerinin müəyyənləşdirilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib.

TravelNews.Az “Report”a istinadən xəbər verir ki, alpinistlərlə sonuncu dəfə dekabrın 24-də, saat 19:02-də telefon əlaqəsi olub. Buna görə də, alpinistlərin sonuncu telefon əlaqəsi zamanı harada olmasını müəyyənləşdirməkdən ötrü yaxınları tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərilib.

Qeyd edək ki, itkin düşən alpinistin axtarışları üçün Quba rayonunu Xınalıq kəndində  qərargah yaradılıb. Bu gün axtarışlara ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev də qoşulub.

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Onların axtarışları DSX, FHN, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAİREX üzvlərindən ibarət komanda tərəfindən həyata keçirilir. Axtarışlara helikopterlər də cəlb olunub.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir