Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” – hava və ekstrim idman klubunun 3 üzvü – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadənin axtarışlarında bu gün də nəticə əldə olunmayıb.
TravelNews.Az xəbər verir ki, axtarışlar havanın qaralması səbəbilə bugünlük dayandırılıb. Peşəkar dağçılardan ibarət könüllü dəstə qərərgaha qayıdıb. Onların verdiyi məlumata, görə küləyin qarı sovurması nəticəsində izlər örtülüb. Bu səbəblə axtarış daha da çətinləşir.
Axtarışlar sabah da davam etdiriləcək.