Çərşənbə axşamı , May 7 2024
azenru
Home / Təşkilat və Operatorlar / “Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək” – PREZİDENT

“Turizmin inkişafı ilə bağlı əlavə tədbirlər görüləcək” – PREZİDENT

“Turizmin inkişafı ilə bağlı bu il də əlavə tədbirlər görüləcək. 2016-cı ildə xarici turistlərin gəlişi 24 faiz artıb, keçən il isə əlavə daha 20 faiz artım olub və rekord səviyyəyə çatıb”.

TravelNews.Az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycana 2,7 milyon xarici vətəndaş gəlib: “Bu, çox müsbət haldır. Bunun səbəbləri var, – əlbəttə, mən bu barədə dəfələrlə danışmışam, – həm sabitlik, təhlükəsizlik, qonaqpərvərlik, müasir infrastruktur, tarixi abidələrimiz və turizm sahəsinə göstərilən dövlət dəstəyi və əminəm ki, eyni zamanda, beynəlxalq tədbirlər, beynəlxalq yarışlar turistləri ölkəmizə cəlb edir. Sevindirici hal ondan ibarətdir ki, keçən il turistlər bank kartları ilə 70 faiz çox pul xərcləmişlər. Turistlərin sayı cəmi 20 faiz artmışdır, amma xərclənən pul 70 faiz artmışdır. Bu da çox müsbət haldır. Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir