Cümə , Aprel 26 2024
azenru
Home / Tədbirlər / AZTA və TAAİ arasında Memorandum imzalanıb – HİNDİSTANDA

AZTA və TAAİ arasında Memorandum imzalanıb – HİNDİSTANDA

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Asossiasiyası (AZTA) ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi – SATTE 2018 sərgisində iştirak edib.

TravelNews.Az xəbər verir ki, sərgidə Azərbaycanı Assosiasiyanın üzvləri olan 20 yerli turizm şirkəti təmsil olunub. Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında  əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bağırov imzalama mərasimi zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək. İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təsdiqlənib.

Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb. Qeyd edək ki, Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda Assosiasiyaya 2500-dən çox üzv daxildir. Təşkilatın üzvləri sırasına dövlət və qeyri dövlət üzvləri aiddir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir