Cümə , May 17 2024
azenru
Home / Destinasiyalar / Qəbələdə daha bir maraqlı yenilik – NİKAH EVİ

Qəbələdə daha bir maraqlı yenilik – NİKAH EVİ

Qəbələdə yerləşən Heydər Əliyev Konqres Mərkəzində Nikah Evi fəaliyyətə başlayıb.

Şakir Eminbəyli TravelNews.Az-a açıqlamasında bildirib ki, məqsəd Qəbələ şəhərində istər yerli əhaliyə, istərsə də ölkənin bütün bölgələrinin sakinlərinə Nikah mərasimini Heydər Əliyev Konqres Mərkəzində özünəməxsus formatda keçirməkdən ibarətdir:

“Bakıdakı Səadət Sarayı kimi Qəbələdəki “Congress Hall” binası da ölkənin ən gözəl memarlıq nümunələrindən biridir. Eləcə də bu möhtəşəm binada Nikah mərasimini təntənəli surətdə keçirmək üçün hər cür şərait var. Ürəyi istəyən hər kəsə burada müxtəlif təkliflər təqdim edilir. Mendelsonun Toy maşının sədaları altında, xüsusi olaraq həmən cütlük üçün hazırlanmış tort, məxsusi, üzərində cütlüyün soyadı qeyd olunmuş Şampan şərabları, retro avtomobildə, eləcə də müasir kabrioletdə Qəbələnin əsrarəngiz təbiətini gəzərkən, eləcə də Kanat xəttində foto/video çəkiliş – Nikah mərasiminin tərkib hissəsidir. Qəbələ gəncləri bu tarixi günlərini elə Qəbələnin özündə qeyd etməyi onların haqqıdır”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 avqust  2013-cü il tarixdə Qəbələ rayonuna səfəri zamanı Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak edib. Bina 3 mərtəbədən ibarətdir. Mərkəzin birinci mərtəbəsində danışıq üçün zallar, qarderob, artistlər üçün otaqlar, 350 yerlik restoran, administrator otaqları, geniş foye, liftlər üçün xoll, sanitar qovşaqları və dəhliz yerləşir. Mərkəzin ikinci mərtəbəsində çox funksiyalı 1200 yerlik konfrans zalı, 92 m2 səhnə, VİP otaqları, mühafizə otaqları, artistlər və media işçiləri üçün otaqlar və geniş foye yerləşir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir