Bazar ertəsi , Aprel 29 2024
azenru
Home / Təşkilat və Operatorlar / Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır – NAHİD BAĞIROV

Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır – NAHİD BAĞIROV

“Azərbaycanda iqtisadiyyatın ən gəlirli sahələrindən olan turizmin inkişafı son illərdə diqqət mərkəzindədir və bu sahədə böyük uğurlar əldə edilib. Turizmin inkişafı üçün lazım olan bütün infrastruktur yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlətimizin başçısının səyləri nəticəsində Azərbaycan dünyanın cəlbedici turizm ölkələrindən birinə çevrilib”.

TravelNews.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərinə dəstəklə bağlı “Park INN” otelində keçirilən tədbirdə səsləndirilib.

O, qeyd edib ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə yönələn strategiyanın mühüm istiqamətlərindən biri də turizmin inkişafıdır. Bu da dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların nəticəsidir. Bu gün Azərbaycan dünyada təhlükəsiz, sabit ölkə kimi tanınır. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə “Turizm haqqında” yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər turizm qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub.

 

Turizm Assosiasiyasının sədri Azərbaycanda kütləvi turizmin inkişafı üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri qeyd edib. O, ölkəmizə daha çox turist cəlb etmək üçün sadələşdirilmiş viza prosedurunun həyata keçirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, dövlətimizin başçısının diqqət və qayğısı sayəsində bu gün turizm iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilib. Azərbaycanda turizmin hələ böyük inkişaf potensialı var və bu potensialın üzə çıxarılması və həyata keçirilməsi dövlətin dəstəyi olmadan mümkün deyil. Nahid Bağırov turizm ictimaiyyətinin bütün nümayəndələrini prezident seçkilərində fəal iştirak etməyə və Azərbaycan turizminin inkişafında yorulmaz fəaliyyətini davam etdirməsi üçün Prezident İlham Əliyevi dəstəkləməyə çağırıb.

Bununla yanaşı tədbirdə AZTA-nın və ayrı-ayrılıqda komitə sədrlərinin hesabatı dinlənilib, üzvlərin sualları cavablandırılıb. Gələcək planlar haqqında danışılıb.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir