Cümə , May 17 2024
azenru
Home / Təşkilat və Operatorlar / Türkiyədə iş fürsətindən siz də yararlanın – TƏLİM + İŞ

Türkiyədə iş fürsətindən siz də yararlanın – TƏLİM + İŞ

Hotellər və Restoranlar Assosiasiyasının təşkilatçılığı ilə Turizm Bələdçisi təlimləri təşkil olunur. 

TravelNews.Az xəbər verir ki, təlimlərə qeydiyyat seçim əsasında aparılır. Seçimi keçmiş və nəticə etibarilə təlim proqramını mənimsəmiş və müvəffəqiyyətlə test vermiş namizədlər Hotellər və Restoranlar Assosiasiyasının Sertifikatını alırlar və Türkiyədə işlə təmin edilirlər.

Tələblər:
– Azərbaycan (mükəmməl), İngilis (orta), Rus (orta) dilləri
– Geniş dünya görüşü və karyera artımına istək
– Xidmət sahəsinin fəlsəfəsini anlamaq
– Nizam-intizam qaydalarına və etik normalara cavab vermək
– Yaş 20-30
– Xarici pasport
– Turizm və qonaqpərvərlik ixtisasları üzrə təhsil alanlara üstünlük veriləcək

İş haqqında:

– İşə götürən şirkət yol-nəqliyyat, işçi vizası, yerləşdirmə, qidalanma xərclərini qarşılayır
– Türkiyə üçün rəsmi işçi vizası alınır
– Əmək müqaviləsi bağlanır

İş müddəti: 
– Aralıq dənizi bölgəsində Aprel/May – Sentyabırın sonu
– Egey dənizi bölgəsində May/İyun – Sentyabırın əvvəlləri

Vəzifələr:
– Transfermen – Aeroportdan Hotelə qədər turistləri müşaidə edən bələdçi. Transfermen turistlərin ölkəyə daxil olarkan üzləşdikləri ilk adamdır. Onun hərəkətlərindən turistlərdə ilk müsbət təsuratların yaranması asılıdır. O, turistləri yol boyu müşaidə edir və onlların müxtəlif suallarını cavablandırmağı bacarmalıdır. Turistlər ölkədən gedərkən də transfermen tərəfindən müşaidə edilirlər.

– Ekskursiya Bələdçisi – seçilmiş transfermenlər sırasından seçilirlər. Bələdçi Türkiyə kurortlarına gələn turistləri müxtəlif tarixi-memarlıq abidələri, muzeylər və digər turizm məkanlarda müşaidə edir və ekskursiyalar keçir.

Diqqət ! Bələdçi işi üçün yüksək hərarətə və günəş şualarına həssas, allergiya və xroniki xəstəlikləri olan insanlar uyğun gəlmirlər. Türkiyənin bölgələrində yayda hərarət +60 C qədər qalxır.
Məvacib haqqında məlumatlar intervyular zamanı namizədlərə açıqlanacaqlar.

Təlim Proqramının ödənişi 250 AZN təşkil edir. Dinləyicilərlə müqavilə bağlanır.

Seçimdən keçmiş yalnız təlim zamanı nizam-intizamı pozmağı ucbatından və yaxud namizədin vəzifə uyğunsuzluğu aşkar olduqda o, təlimdən təcrid edilir və ödənişin 50% qaytarılır.

Namizədlərin qeydiyyatı 1 Mart, 2018-ci il tarixinədək davam edir. Qeydiyyat üçün CV (Foto ilə) [email protected] elektron poçt ünvanına yollanmalıdır. Məktubun Mövzü bölümündə Turkey Guide qeyd edilməsi tələb edilir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq və intervyuya dəvət ediləcəklər. Yuxarıda qeyd edilən qaydalara riayət edilmədikdə sənədlər qəbul edilmirlər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir