Cümə , May 17 2024
azenru
Home / Nəqliyyat / “Saratov Airlines” Ufa-Bakı aviareysini həyata keçirəcək

“Saratov Airlines” Ufa-Bakı aviareysini həyata keçirəcək

“Saratov Airlines” martın 29-dan Ufa-Bakı aviareysini həyata keçirməyə başlayacaq.

TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aviaşirkət uçuşlara “AN-148” təyyarələri ilə martın 29-dan başlayacaq.

Məlumat verilib ki, cümə axşamı günləri təyyarə saat 21:55-də Ufa Beynəlxalq Aeroportundan qalxacaq və saat 00:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə Bakıdan 05:40-da qalxan təyyarə 10:00-da Ufa aeroportuna eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edir.

Hər iki istiqamətdə aviabiletlərin qiyməti 20,516 rubl (353 dollar) təşkil edir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir