“Saratov Airlines” martın 29-dan Ufa-Bakı aviareysini həyata keçirməyə başlayacaq.
TravelNews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, aviaşirkət uçuşlara “AN-148” təyyarələri ilə martın 29-dan başlayacaq.
Məlumat verilib ki, cümə axşamı günləri təyyarə saat 21:55-də Ufa Beynəlxalq Aeroportundan qalxacaq və saat 00:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enəcək. Əks istiqamətdə isə Bakıdan 05:40-da qalxan təyyarə 10:00-da Ufa aeroportuna eniş edəcək. Uçuş vaxtı 3 saat 20 dəqiqə təşkil edir.
Hər iki istiqamətdə aviabiletlərin qiyməti 20,516 rubl (353 dollar) təşkil edir.