Buta Airways” 2018-ci il iyunun 7-dən etibarən Türkiyənin məşhur kurort şəhəri – Alanyaya birbaşa uçuşlara başlayır.
Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Alanya (Qazipaşa hava limanı) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Uçuşlar iyunun 7-dən etibarən həftədə iki dəfə – cümə axşamı və şənbə günləri həyata keçiriləcək.
Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin satış ofislərində əldə etmək mümkündür.
Lou-kost aviaşirkət olaraq, minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
Alanya Aralıq dənizi sahilində gözəl şərq şəhəri və eyni zamanda Türkiyənin yazdan payıza kimi istirahət edə biləcəyiniz sərfəli kurortudur. Müxtəlif çalarlı isti dəniz, mavi bayraqlarla işarələnən möhtəşəm çimərliklər, gözəl mənzərələr, maraqlı çoxəsrlik tarix, su əyləncələri, parlaq gecə həyatı turistlərə buradakı istirahətini uzun müddət xatırladacaq.