Bazar , May 19 2024
azenru
Home / Təşkilat və Operatorlar / Novruz bayramına özəl ölkədaxili turlar – QİYMƏTLƏR

Novruz bayramına özəl ölkədaxili turlar – QİYMƏTLƏR

Bayram günlərində istirahət etmək istəyənlər üçün TravelNews.Az saytı ölkədaxili turları araşdırıb.

Turizm.Az Şirkətlər Qrupunun daxili turlar meneceri Çimnaz Xudiyevanın sözlərinə görə bayram günlərində həm iki, həm də üç günlük ölkədaxili turlar mövcuddur.

Martın 23-24-ü tarixlərində istirahət etmək istəyən turistlər Gəncə-Göygöl-Maralgöl və ya Mingəçevir-Qəbələ turuna qoşula bilər. Bundan başqa 2 gecə, 3 günlük  Gəncə – Göygöl – Maralgöl – Hacıkənd – Gədəbəy – Şəmkir turu da turistlərin ixtiyarına verilib. Əlavə olaraq martın 21-24 tarixlərində “5* Excelsior Hotel Shamkir” turuna da yollanmaq olar.

Qeyd edək ki, turların qiyməti 60-245 AZN arasında dəyişir.

Tur haqqında ətraflı məlumat almaq və ya əldə etmək istəyənlər  (012) 596 1196 (daxili nömrə: 29), (055) 210 59 07, (055) 201 59 07 nömrələri ilə əlaqə saxlaya bilər.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir