Çərşənbə , May 15 2024
azenru
Home / Reportajlar / Səyyah xanımlar – Jalə Ələkbərova – MÜSAHİBƏ

Səyyah xanımlar – Jalə Ələkbərova – MÜSAHİBƏ

“Səyyah xanımlar” rubrikasının növbəti qonağı İqtisad Universitetində təhsil alan və keçən ildən etibarən səyahət bloggeri olaraq fəaliyyətə başlayan Jalə Ələkbərovadır.

TravelNews.Az pozitiv, ünsiyətcil, hər şeyin mümkün olduğunu düşünən və dünyanı gəzmək istəyən, öz dili ilə desək “balaca bir xanım”la müsahibəsini oxucularına təqdim edir. Jalə Ələkbərova həm də uzaqsahillərdə.az blogunun müəllifidir.

– Uzaqsahillərdə.az – hardan gəlir bu ideya, bu ad? Məqsədi nədir bu blogun?

– 5 ilə yaxındır ki, müxtəlif ölkələrə səyahət edirəm, bu illər ərzində bu nəticəyə gəldim ki, sərfəli səyahət etmək üçün bir xeyli məlumatlı olmalısan. Mən isə artıq azdan-çoxdan təcrübəli və məlumatlı idim. Bundan əlavə olaraq isə azərbaycanlıların beynində formalaşmış steriotip idi ki, əgər avropaya getmək istəyirsənsə ən azı 1000 avro pulun olmalıdır və s. Mən insanlara bu fikrin nə qədər yalnış olduğunu göstərmək istəyirdim, beləliklə, bunu Uzaq Sahillərdə bloqu ilə reallaşdırdım. Blogun əsas məqsədi  insanlara sərfərli səyahət ilə bağlı Azərbaycan dilində zəruri məlumatın çatdırılması və öz timsalımda səyahət etmənin nə dərəcədə təhlükəsiz oluğunu, eyni zamanda ucuz başa gələ bildiyini nümayiş etdirməkdir.

– Sizin fikrinizcə bir xanımın tək səyahət etməsində müsbət, maraqlı və ya ən təhlükəli məqamlar hansılardır?

– Ümumiyyətlə cinsindən asılı olmayaraq tək səyahət etmənin ən müsbət cəhəti insanın bütün çətinliklərə qarşı tək dayanması və bu çətinlikləri aşaraq özünə inam hiss etməsidir. Xanımlara isə səyahət zamanı iki qat ehtiyatlı olmalıdırlar. Tək səyahət etdiyin zamanı artıq qalacağıın hostelin tək özü deyil həmçinin yerləşdiyi küçəyə belə fikir vermək lazımdır. Bu tədbirlər görüldükdə səyahət yetərincə təhlükəsiz olur.

– Səyahət zamanı başınıza gələn ən maraqlı hadisə hansı olub?

– Makedoniyadan – Bolqarıstana gecə avtobusu ilə gedəndə avtobus səhər saat 6-da Bolqarıstana keçir və xarab olur. Bu hadisələr baş verərəndə mən 7-ci yuxuda idim (gülür). Gecə səyahət edirdim deyə yorğun idim və tək oturduğum üçün iki oturacağı özümə yataq kimi hazırlamışdım. Səhər saat 8-də oyandım. Baxdım ki, avtobusda heçkəs yoxdur, eyni zamanda ətrafda da adamlar gözə dəymirdi. Tez xəritəyə baxdım ki, bilim ümumiyyətlə haradayam və gördüm ki, Bolqarıstandır. Şirkətə zəng etdim, bəlli oldu ki, avtobus xarab olub, sərninişinləri digər avtobusla aparıblar və məni unudublar. Yaxşı ki, avtobusun açarları üstündə idi, məndə qapını açıb yaxında- yanacaqdoldurma məntəqəsinə getdim. Oranın işçisi məni maşını ilə yaxında olan avtovağzala apardı ki, gedəcəyim şəhərə yola düşüm. İndi gülürəm, düzü, oyanıb avtobusu boş göründə çox hirsli idim (gülür).

– Səyahət sizin hobbinizdi yoxsa işiniz?

– Səyahətlətimdən pul qazansam işim ola bilər. Hazırda isə sadəcə hobbidir.

– Sizə ən çox verilən suallar hansıdı?

– Səyahətlərinizi kim maliyələşdirir?

– Kim maliyələşdirir?

– Özüm (gülür). Səyahətlərimin bir çoxunda beynalxalq layihələrdə iştirak etmək üçün o ölkələrə gedirəm. Vaxtım olarsa əlavə 2-4 gün qalaraq ölkəni kəşf edirəm. Bu layihələr zamanı mənim yol xərclərim, layihə boyu qalmağa yer və qidalanma ilə təmin olunduğumdan elə çox xərcim çıxmır.

– Gələcəyə dair hansı planlarınız var?

– Balkan ölkələrinə, Dubaya və Asiyaya qitəsini səyahət etmək istəyirəm.

– Başlamaq istəyən amma ilk addımı ata bilməyən insanlara məsləhətləriniz var?

– İlk səyahətlərini qonşu ölkələrdən başlasınlar, getməzdən öncə bütün səyahətlərini planlasınlar ki, səyahət boyu daha az problemlər ilə qarşılaşsınlar.Son olaraq düzgün yol yoldaşı seçsinlər.

– Minnətdaram, sizinlə tanış olmaq xoş idi.

– Müsahibə üçün təşəkkürlər, mənə də xoş oldu. Ən əsası sizə bu yeni layihənizdə uğurlar!

 

Şərhlər

şərhlər

Check Also

Fuad Nağıyev: Azərbaycan turizmi öz inkişafında vacib olan sabitlik amilinə görə, heç şübhəsiz, Heydər Əliyevə borcludur

1991-ci ilin 18 oktyabrında müstəqilliyimizi qazandıqdan sonra təəssüf ki, ölkəmizin başı üzərindən qara buludlar çəkilmədi. …