Bazar , May 12 2024
azenru
Home / Destinasiyalar / “Şahdağ” Turizm Mərkəzində qış mövsümü bağlı elan olunur

“Şahdağ” Turizm Mərkəzində qış mövsümü bağlı elan olunur

“Şahdağ” Turizm Mərkəzi bu gündən etibarən 2017-2018-ci il qış mövsümünü bağlı elan edir.

TravelNews.Az xəbər verir ki, sayca altıncı olan qış mövsümü ərzində turizm mərkəzini 120 000-dən çox turist ziyarət edib. Bu, turizm mərkəzinin fəaliyyət dövrü müddətində bu günə qədər olan rəqəmlər sırasında rekord saydır. Turistlərin 50%-ə qədərini xarici turistlər təşkil etmiş, onların arasında isə ən çox BƏƏ, Rusiya, Səudiyyə Ərəbistanı, Qətər, Böyük Britaniya və Küveyt kimi ölkələrdən olan turistlər üstünlük təşkil edib.

Mövsüm ərzində “Şahdağ” adını regional və beynəlxalq brend kimi tanıtmaq üçün bir sıra tədbirlər görülmüş, mərkəz Ukrayna, Tükiyə, Hindistan, Almaniya, Rusiyada keçirilən beynəlxalq seminar, konfrans və sərgilərdə təmsil olunub.

Aparılan təbliğat-tanıtma işlərinin nəticəsi olaraq, “Şahdağ” Turizm Mərkəzi  hoteldə gecələmiş qonaqlar və daima səyahət edən turistlər tərəfindən 4 həftə ərzində səsvermə nəticəsində “Luks Dağ Kurortu” və “Luks Dağ Hoteli” nominasiyaları üzrə beynəlxalq “2017 World Luxury Hotel Awards” mükafatına layiq görülüb.

2017-2018-ci il qış mövsümündə qış əyləncələrinin sırasına paraplan xidməti əlavə olunub, uşaqlar üçün yeni əyləncələr yaradılıb. Bu mövsüm də hər il olduğu kimi, ənənəvi qış əyləncələri ilə yanaşı xizəkçiliyə xüsusi maraq göstərilib, qonaqların 30 faizini məhz xizək sürmək üçün mərkəzə üz tutan xizək həvəskarları təşkil edib.

Xizəkçilik mövsümü başa çatsa da, hazırda turizm mərkəzində bir sıra əyləncələr aktivdir. Artıq turizm mərkəzində yay mövsümü üçün hazırlıqlara start verilib. Yay mövsümünün açılışınadək isə mərkəzdə 5 ulduzlu “Şahdağ Hotel və Spa” fəaliyyət göstərəcək.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində qış mövsümü hava şəraitindən asılı olaraq dekabr ayından aprel ayına kimi davam edir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir