Cümə axşamı , May 2 2024
azenru
Home / Destinasiyalar / Hindistan dünyanın ən hündür heykəlinin açılışına hazırlaşır

Hindistan dünyanın ən hündür heykəlinin açılışına hazırlaşır

 

Hindistan 31 oktyabr tarixində ən hündür heykəli dünyaya təqdim edəcək.  Qucarat vilayətində, Narmada çayının yuxarısında tikilən bu heykəlin hündürlüyü  182 metrə çatır. Nyu Yorkun məşhur Azadlıq heykəlini ikiqat fərqlə, hal-hazırda ən hündür heykəl hesab edilən Çinin “The Spring Buddha Temple” heykəlini isə, 54 metr fərqlə geridə qoyur.

Heykəlin “The Statue of Unity”- Birlik heykəli adlanacağı gözlənilir.  Britaniya kolonizasiyası dövrünün əsas fiqurlarından biri – Hindistanın “Dəmir Adam”-ı adlandırılan Sardar Vallabhbhai Patelin şərəfinə hazırlanmış heykəl, Hindistanın müstəmləkəçiliyə qarşı mübarizəsini və birliyini əks etdirir.  Amma maraqlısı odur ki, Patel yaşadığı müddət ərzində insanların şərəfinə heykəllərin qoyulmasına qarşı da mübarizə aparıb, bu səbəbədən heykəlin hazırlanması iradlara da səbəb olub.

Qeyd edək ki, layihənin ərsə gəlməsi üçün 450 milyon dollardan çox məbləğ sərf olunub. Həmçinin, heykəlin hazırlanmasına dəstək üçün xalqdan dəmir və lazımi digər materialların bağışlanılması  xahiş edilib. Heykəlin yaxınlığına muzey və otelin də açılacağı gözlənilir.

Hindistanın baş naziri Modi, Birlik heykəlinin bir gün Parisin Eyfeli və Nyu Yorkun Azadlıq heykəli kimi, minlərlə turist cəlb edəcəyinə inandığını deyib.

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir