Şənbə , May 18 2024
azenru
Home / Tədbirlər / Azərbaycan “WTM London-2018”-də təmsil olunur

Azərbaycan “WTM London-2018”-də təmsil olunur

Bu barədə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu məlumat verir:

Azərbaycan nümayəndə heyəti Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkənin turizm potensialının dünyamiqyaslı təbliğatı məqsədilə 2018-ci ilin 5-7 noyabr tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən “World Travel Market -2018” sərgisində iştirak edir.

Verilən məlumata əsasən, sərgidə ölkəmizi Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə yanaşı Bakı Turizm İnformasiya Mərkəzi, Turizm.Az MICE & DMC, “Absheron Hotel Group”, “Baku Hospitality Group”, “Gilan Hospitality Group”, “ENC TOURS”, “OK TOURS”, “Lets GO”, “RVS Travel”, STI Azerbaijan, Salam Tourism & Travel, PASHA Travel, Millennium Tourism Congress DMC, Premier Tour, Weekend Travel, “JW Marriott Absheron Baku”, “Four Seasons Hotel Baku”, “Baku City Circuit”, “Bakusightseeing.com” şirkətlərinin nümayəndələri də təmsil edirlər.

“World Travel Market” sərgisi hər il təşkil olunmaqla dünyanın müxtəlif qitələrindən turizm sahəsinin mütəxəssislərini bir araya toplayaraq turizm imkanlarının tanıtımı və qarşılıqlı dialoq üçün ən güclü platformalardan biri kimi çıxış edir.  190 kv-metrlik sahədə qurulan Azərbaycan stendi yeni brendə uyğun dizayn edilərək sərgi iştirakçılarına təqdim olunur.

Sərginin ikinci günündə – 6 noyabr tarixində ilk dəfə olaraq Azərbaycanın yeni turizm brendinin – “Take Another Look”  beynəlxalq ictimaiyyət üçün geniş miqyaslı təqdimatı keçiriləcək. Azərbaycan Turizm Bürosunun verdiyi məlumata əsasən, kampaniya Azərbaycanın yeni imicinin nümayiş etdirilməsi, turizm istiqaməti kimi dəyərinin yüksəldilməsi və 2023-cü ilədək ölkəyə səfər edənlərin sayının iki dəfə artırılması məqsədilə mühum strateji əhəmiyyət daşıyır.

Azərbaycan 2002-ci ildən etibarən “Dünya Səyahət Bazarı” sərgisində iştirak edir.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir