Çərşənbə axşamı , May 14 2024
azenru
Home / Tədbirlər / Əmək Yarmarkası – Turizm və Qonaqpərvərlik

Əmək Yarmarkası – Turizm və Qonaqpərvərlik

Dövlət Turizm Agentliyi bildirir:

Turizm və qonaqpərvərlik sahəsində ilk əmək yarmarkası keçiriləcək

24 noyabrda DAİR Hotellər və Restoranlar Assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası keçiriləcək.

Layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır.

Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.

Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 270-dən artıq vakansiya elan ediləcək.

İştirakçılar sırasında “KFC”, “Saffron Restaurant Group”, “Gilan Hospitality”, “Absheron Hotel Group”, “145 Restaurant Group”, “JW Marriott Absheron Hotel”, “Hyatt Regency Baku Hotel”, “Four Seasons Hotel Baku”, “MyBrands”, “Pullman Hotel Baku”, “New Era Travel”, “Baku Hospitality Group”, “Rama Service” , “PASHA Travel” və digər şirkətlər təmsil olunurlar.

Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, “Logix”, “Kaffadan”, “Xonca Kitchen”, “Nova.Net” şirkətləri çıxış edirlər.

Tədbir 24 noyabrda saat 10:00-dan 15:00-dək Bakı Biznes Mərkəzində keçiriləcək.

Ünvan: Bakı Dənizkənarı Milli Parkı, Neftçilər pr., 44

24.11.2018-ci il tarixində saat 10.00-da tədbirin açılış mərasiminə media qurumları dəvətlidir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir