Çərşənbə axşamı , May 7 2024
azenru
Home / Xəbərlər / Türkiyəyə oktyabrda turistlərin ən çox hansı ölkələrdən gəldiyi açıqlanıb

Türkiyəyə oktyabrda turistlərin ən çox hansı ölkələrdən gəldiyi açıqlanıb

Oktyabr ayında Türkiyəni ən çox hansı ölkələrin turistlərinin ziyarət etdiyi açıqlanıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin verdiyi məlumata əsasən  ötən ay Türkiyəni ən çox Rusiyadan olan turistlər ziyarət edib – təxminən 490 min nəfər (illik müqayisədə azalma 38,1% olub). Rusiyalılardan sonra Türkiyəni oktyabrda ən çox Bolqarıstan (233 min), Ukrayna (155 min) və Almaniya (125 min) vətəndaşları ziyarət edib.

Rusiyalılar cari ilin yanvar-oktyabr ayları ərzində də Türkiyəni ən çox ziyarət edən turistlər arasında lider olub. On ayda Türkiyəyə 1,9 mln. rusiyalı turist gəlib ki, bu da illik ifadədə 3,5 dəfə azdır. Ümumiyyətlə, hesabat dövründə Türkiyəni 11,2 mln. turist ziyarət edib ki, bu da ötən ilin analoji dövrü (40,7 mln. nəfər) ilə müqayisədə 3,6 dəfə azdır.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi bu il ölkəyə 15 mln. xarici turistin gələcəyini və turizm sektorundan gələn gəlirlərin 11 mlrd. ABŞ dolları olacağını gözləyirlər.

2019-cu ildə 45,058 mln. xarici turist Türkiyəni ziyarət edib ki, bu da 2018-ci illə müqayisədə 14,11% çoxdur.

mənbə:apa.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir