Şənbə , May 18 2024
azenru
Home / Vakansiyalar / İnsan Resursları şöbəsinin müdiri – VAKANSIYA

İnsan Resursları şöbəsinin müdiri – VAKANSIYA

“Quba Palace Hotel” İnsan Resursları şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir:

Tələblər:

– Ali təhsil
– AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
– İnsan resursları/hüquq sahəsində iş təcrübəsi;
– Yaş həddi: 30-45
– Dil bilikləri: (azərbaycan, ingilis, rus – əla səviyyədə)
– Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
– Güclü ünsiyyət və danışıq qabiliyyəti;
– Komandanı idarəetmək bacarığ
– Kompüter biliyi: Microsoft office, Internet Explorer və Outlook
– Liderlik xüsusiyyətləri
– Analitik düşüncə
– Ünsiyyət yaratmaq bacarığı
– İşə planlı yanaşma

Vəzifələr:

– Əmək Məcəlləsinə uyğun olaraq insan resurslarının idarə edilməsi siyasətinin həyata keçirilməsi;
– Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbul edilməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi, işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, işçinin vəzifədə irəli çəkilməsi, mükafatlandırılması, o cümlədən qiymətləndirilməsi ilə bağlı prosedurları yerinə yetirir;
– İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işləyir, lazımi dəyişiklikləri daxil edir;
– İşçilərin şəxsi işlərini formalaşdırır və qeydiyyatını aparır; əmək kitabçaları əmrlər əsasında doldurur;
– Kadrların seçilməsində və ştat cədvəlinə əsasən düzgün yerləşdirilməsində bilavasitə iştirak edir;
– Məzuniyyət qrafikininin və cədvəlininin tərtibini, işçilərin məzuniyyətə həmin cədvəl və qrafik əsasında getmələrini;  işçilərin istifadə etdiyi məzuniyyətləri uçota alınmasını təmin edir.
– İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlayıb təqdim edir; Kadrlar üzrə hesabatları tərtib edir.
– Qayda və daxili prosedurların hazırlanması və təkmilləşdirilməsində iştirak;
– Daxili prosedur və proseslərə əsaslanaraq işçi axtarma, seçmə və yerləşdirmənin təmin edilməsi ;
– Ehtiyat kadr bazasının yaradılması;
– Təsdiq olunmuş daxili qaydaların icra edilməsinə nəzarətin həyata keçirilməsi;
– Əməkdaşların attestasiyadan keçirilməsinin təşkil edilməsi;
– İşə qəbul olunan yeni əməkdaşların istiqamətləndirilməsi, adaptasiya olunmaları üçün dəstəyin göstərilməsi;
– Yüksək potensialı olan işçilərin aşkar edilməsi və onların stimullaşdırılması ilə bağlı rəhbərliyə təqdimatların verilməsi;
– Əməkdaşların ixtisasartırma kurslarına göndərilməsi;
– Kadrlar üzrə müfəttişlərin işinin təşkili və ona rəhbərliyin edilməsi;

İş şəraiti:

– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
– 5 günlük iş qrafiki
– Saat 09:00-dan 18:00a-a dək

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla  [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə nömrəsi: 050-281-81-92

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir