Çərşənbə axşamı , Dekabr 3 2024
azenru
Home / Tədbirlər / 8 Mart Qadınlar Bayramınız Mübarək

8 Mart Qadınlar Bayramınız Mübarək

 

Bu gün bütün dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. 8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.
Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb.  Dünyanın bir çox ölkələrində 8 Mart məhz çalışan, əməkçi qadınların günü kimi qeyd olunur.   İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada, 1913-cü ildə isə Rusiyada bu gün qeyd edilməyə başlanılıb. 1975-ci ildə BMT tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü kimi elan edilib.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilməyə başlanılıb.  Həmin dövr və ondan sonrakı mərhələdə qadınları cəmiyyət üçün faydalı, əvəzedilməz edən əsas predmet isə təbii ki, maarif, təhsil olub. Bəhs etdiyimiz dönəmin maarifçi qadınlarından biri də dünya elmində ilkə imza atan Dilşad xanım olub.
TravelNews.Az siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə istinadən bu tarixi günün yaradıcısı Klara Setkinin Azərbaycanın məşhur  qadınları ilə birlikdə fotosunu və həmin fotonun tarixi barəsində məlumatı təqdim edir:
Klara Setkin- alman siyasətçisi, kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi idi. O, 8 Mart Beynəlxalq Qadınlar gününün ideasının müəlifidir. Klara Setkin şərq qadınlarının həyatını öyrənməyi arzu edirdi, bu arzusu ilə də Azərbaycana gəlir, mədən və fabriklərində çalışan qadınların işi, və Əli Bayramov adına klubun fəaliyyəti ilə yaxından tanış olur. Həmin bu gəlişdə o, Azərbaycan qadınlarının bəzi nümayəndələri Ayna Sultanova, Ceyran Bayramova və digərləri ilə bilavasitə görüşüb, tanış olur.
1924-cü ildə Klara Setkin Əli Bayramov adına kluba gələrkən, klub onda silinməz təəssüratlar yaratmışdır. O, klubu “inqilabi qüvvələrin toplanış məntəqəsi” adlandırmışdı. “Qafqaz od içində” kitabında o, yazırdı: “Müsəlman qadınlarında, yüzilliklər ərzində həyatın kütləşdirici şəraitinə baxmayaraq, insanlıq ləyaqəti və insan hüquqlarını əldə etmək səyi oyanır.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir