Cümə , Noyabr 22 2024
azenru
Home / Tədbirlər / Kiçik və Orta Biznesin İnkişafı Agentliyində görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində görüş keçirilib

Azərbaycan Turizm Assosiasiyasının təşəbbusu ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində görüş keçirildi.

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müvafiq dövlət qurumlarının və turizm sahəsində fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyektinin iştirakı ilə görüş keçirilib.

AZTA-nın sədri Nahid Bağırov tədbir iştirakçılarını salamlayaraq, KOBİA rəhbrərliyinə görüşün keçirilməsinə, dövlət qurumları ilə birbaşa dialoq platforması yaratmasına və son zamanlar turizm bazarında yaranan problemlərin həll olunmasına şərait yaratdığı üçün təşəkkürünü bildirdi.

“Biz, Azərbaycan Turizm Assosiasiyası olaraq, daim vəzifəmizi yerinə yetiririk, ölkəmizin turizm potensialının dünyada keyfiyyətli və səmərəli təqdim edilməsi üçün müxtəlif alətlərdən istifadə edirik, apardığımız siyasətin nəticəsinin zəmanəti – bizə göstərilən dövlət dəstəyidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, “dövlət həmişə sahibkarın yanındadır!”. Ölkə başçısının siyasətini dəstəkləyərək Azərbaycan Turizm Assosiyası da ölkənin qeyri-neft iqtisadiyyatının aparıcı sahələrindən olan turizmin, o cümlədən kiçik və orta sahibkarlığın inkişafı üçün əlindən gələni etməyə hazırıq!”, deyə N.Bağırov deyib.

Nahid Bağırov qeyd etdi ki, KOBİA-nın fəaliyyəti, o cümlədən belə görüşlərin təşkili, qurumun ölkə başçısının sahibkarların dəstəklənməsi siyasətinin bariz nümunəsidir.

Görüşdə turizm sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən vahid
turizm reyestrinin yaradılması, turizm sahəsində qanunvericiliyin müasir tələblərə
uyğunlaşdırılması, hava daşımaları, otel və restoranlarda xidmət səviyyəsinin yüksəldilməsi, 2-3
ulduzlu otellərin tikintisi və bunun üçün aşağı faizli kreditlərin ayrılması, kadr hazırlığı, bu
sahədə qaynar xəttin yaradılması, bələdçilərə sertifikatların verilməsi, ölkəyə gələn turistlərin
məlumatlandırılması və digər istiqamətlərdə müxtəlif təkliflər səsləndirilib, onları maraqlandıran
suallar cavablandırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov qeyri-neft sektorunun
prioritet istiqamətlərindən olan turizmin böyük potensiala malik olduğunu, turizm sahəsində xeyli sayda kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, Agentliyin təşkilatçılığı ilə mütəmadi olaraq dövlət və özəl qurumların iştirakıyla iqtisadiyyatın müxtəlif sektorları üzrə görüşlər və digər tədbirlər keçirilir. Bu görüşlərin təşkilində məqsəd sahibkarlarla dövlət qurumları arasında səmərəli əməkdaşlığa nail olmaq, müxtəlif sahələr üzrə müzakirələr aparmaq, sahibkarların müvafiq sahənin inkişafı ilə bağlı fikir və təkliflərini öyrənməkdir. Belə görüşlərin müxtəlif sahələr üzrə davamlı olaraq keçirilməsi nəzərdə tutulur. Görüş çərçivəsində həmçinin, aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları turizm sahəsində yeniliklər, bu sahədə mövcud qanunvericilik və dəyişikliklər, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıblar.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir