Bazar , Aprel 28 2024
azenru
Home / Digər / Phuketin ən bahalı oteli “Sri Panwa’s X24”

Phuketin ən bahalı oteli “Sri Panwa’s X24”

Taylandın ən məşhur çimərlik istiqamətlərindən biri olan Phuket adası lüks villalarla doludur – bəziləri özəl sahiblərindirlər, digərləri yüksək səviyyəli istirahət mərkəzləri tərəfindən idarə olunur.
Yerli otellərin əsas özəllikləri xüsusi hovuzlarının olması, okean mənzərəli olmaları, şəxsi aşpazları, çox sayda otaqlarının olması və təbii ki, yüksək qiymətdir.
Aralarından ən yeni və ən bahalısı  isə Sri Panwa’s və ya sadəcə X24. Luxury villalara malik kurortun əsas fərqi isə qiymətinin çox olmasıdır. Mövsümdən asılı olaraq bu kurortda 1 gecənin qiyməti 8000-10000 dollar arasında dəyişir.
CNN-in verdiyi məlumata görə, kurort rəhbərliyinin əsas məqsədi yüksək qiymətlərlə diqqət cəlb etməkdir. Keçən ilin dekabrında kurortun rəsmi açılış mərasimi olmuşdur. Otelin ilk qonağı isə popstar Mariah Carey olmuşdur.

Məşhur müğənni buraya Banqkokda baş tutacaq solo konsertindən öncə istirahətə gəlmişdir və oteldən razı qaldığını bildirmişdir.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir