Şənbə , May 11 2024
azenru
Home / Destinasiyalar / “Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək” – ERKAN ÖZORAL

“Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək” – ERKAN ÖZORAL

Türkiyınin ölkəmizdəki səfiri Erkan Özoral Bakı Şopinq Festivalın saytına müsahibəsində bildirib ki, Azərbaycan son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində uğurlu addımlar atmaqdadır.

Ölkənin turizm potensialının inkişafına toxunan diplomat qeyd edib ki, Azərbaycana səfər edən xarici turistlərin sayının artması, atılan addımların uğurlu nəticəsinə sübutudur. Bu baxımdan, diplomatın fikrincə, Bakı Şopinq Festivalı ölkənin daha da tanınması üçün önəmli təsir vasitəsidir. Üstəlik, festival zamanı  tətbiq olunan qiymət tənzimləmələri də satışın artımına vasitəçi olmaqda, ölkə iqtisadiyyatına töhfə verməkdədir.

“Qısa müddət ərzində artıq ikinci Şopunq Festivalın keçirilməsi, ilk festivalın uğurunu, onun hədəfə çatdığını göstərir”, deyən səfir qeyd edib ki, Türkiyə Azərbaycanda turizmin inkişafına dəstək verməyə davam edəcək: “Əminəm ki, bu istiqamətdə yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə dövlət başçılarımızın  açılışını edəcəyi Bakı-Tiflis – Qars dəmiryolu xətti də bölgədə turizmin daha da inkişafına önəmli töhfə verəcək”.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir