Çərşənbə axşamı , Noyabr 5 2024
azenru
Home / Tədbirlər / Azərbaycanın turizm potensialı Özbəkistanda təbliğ olunub

Azərbaycanın turizm potensialı Özbəkistanda təbliğ olunub

İyulun 9-da Özbəkistanın Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin Turizm Şurasının növbəti iclası çərçivəsində turizm yarmarkası keçirilib.

Yarmarkada Azərbaycan da daxil olmaqla, ümümilikdə 9 ölkə nümayəndələri iştirak edib.

Tədbirlərdə ölkəmizi Dövlət Turizm Agentliyi və turizm sənayesinin nümayəndələri təmsil ediblər.

Azərbaycanın turizm imkanlarının MDB məkanında təbliği məqsədilə yarmarkada iştirak edən qonaqlara ölkə haqqında dolğun informasiya verilib, onlara çap-təbliğat materialları paylanılıb.

Yarmarka zamanı Azərbaycanı təmsil edən turizm şirkətləri iştirakçılarla ikitərəfli görüşlər keçirib, gələcəkdə baş tuta biləcək əməkdaşlıq imkanları barədə geniş müzakirələr aparıblar.

İştirakçılar Azərbaycanın turizm potensialı və yerli turizm marşrutları haqqında ətraflı məlumatlandırılıblar.

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir