Cümə axşamı , May 9 2024
azenru
Home / İnnovasiyalar / Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir

Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir

Dünyada ilk dəfə “Hilal Star” tarixi Azərbaycandan başlayır.


Bu gün Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir. TravelNews xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın keçirdiyi konqres “Dreamland Golf Club Baku” kompleksinin ərazisində keçirilir. AMKA prezidenti Tahir Əmiraslanov mətbuata açıqlamasında bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycanda keçirilməsidir. Həmçinin qeyd edib ki, tədbirdə 25 ölkə iştirak edir:
“Konqres çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WİCS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WİCS-in daxili işləri, proqramı, yeni layihələri müzakirə ediləcək”.
Tahir Əmiraslanov bildirib ki, dünyada ilk dəfə “Hilal Star” restoranlara və aşpazlara Azərbaycandan verilməyə başlayacaq və “Hilal Star” tarixi Azərbaycandan başlayır.
“Bütün bunlarla yanaşı tədbir çərçivəsində II Beynəlxalq İslam Kulinariya Çempionatı da keçiriləcək. Xatırladım ki, I Çempionat 2009-cu ildə Bakıda keçirilib. Bu peşəkar kulinariya müsabiqəsidir. Yarışlar komanda və fərdi şəkildə olacaq, həmçinin gənc iştirakçılara da sinif ayrılıb”.
Tahir Əmiraslanovun sözlərinə görə yarışda şadlıq sarayları, otellər, ketrinq şirkətləri, aviaşirkətlər iştirak edə biləcək:
“Müsabiqədə şadlıq sarayları “bəy-gəlin” və “qonaq süfrəsi” sinfində, otellər “Azərbaycan səhər yeməyi” si dində, ketrinq şirkətləri “Azərbaycan mətbəxi furşeti” sinfində aviaşirkətlər “Bort yeməyi” sinfində, şirniyyat müəssisələrimiz şirniyyat siniflərində yarışa biləcəklər. Bununla bərabər müxtəlif mətbəx incəsənəti sinifləri üzrə yarışlar da olacaq.
Münsiflər heyəti beynəlxalq səviyyəli hakimlik səviyyəsinə malik kulinariya hakimlərindən ibarətdir”.
Açıqlamada qeyd edilib ki, tədbir zamanı hala sərgi də keçiriləcək. Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. 16-18 iyul tarixlərində şirkətlər məhsullarını sərgidə göstərə biləcək.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir