Bazar , May 12 2024
azenru
Home / Tədbirlər / “Küçə sənətçiləri” layihəsini təqdimatı

“Küçə sənətçiləri” layihəsini təqdimatı

Bakı Turizm İnformasiya Mərkəzi “Küçə sənətçiləri” layihəsini təqdim edəcək

İyulun 26-da saat 11:00-da Hilton hotelində Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm İnformasiya Mərkəzinin “Küçə sənətçiləri” adlı layihəsinin təqdimatı keçiriləcək.

Dövlət qurumlarının dəstəkçi olduğu layihəyə əsasən ilkin mərhələdə küçə sənətçiləri arasında seçim baş tutacaq.

Seçim mərhələsini uğurla adlayan sənətçilərə Bakı Turizm İnformasiya Mərkəzi tərəfindən Bakının Nizami küçəsində, İçərişəhərdə və Dənizkənarı Bulvar ərazisində çıxış etmələri üçün rəylər veriləcək.

Layihə çərçivəsində aktyorlara, musiqiçilərə, rəssamlara, rəqqaslara və digər yaradıcı şəxslərə öz istedadlarını nümayiş etdirməyə lazımi şərait yaradılacaq.

“Küçə sənətçiləri” layihəsininin əhəmiyyəti turistlərin bu cür tədbirlərə xüsusi maraq göstərməsinə, həmçinin qonşu ölkələrdə də tətbiq edilən bu növ əyləncəli küçə şoularının müsbət nəticələr verməsinə əsaslanır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir