Cümə axşamı , May 2 2024
azenru
Home / Tədbirlər / Hər kəsin böyük maraqla gözlədiyi festival bu il də baş tutacaq

Hər kəsin böyük maraqla gözlədiyi festival bu il də baş tutacaq

Hər kəsin böyük maraqla gözlədiyi festival bu il də baş tutacaq. Həmişəki yerdə, bu dəfə daha çox iştirakçı, daha geniş proqram və daha əyləncəli şəkildə!

Üçüncü dəfə keçiriləcək Zaqatala Beynəlxalq Fındıq, Qoz, Şabalıd Festivalı Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə reallaşacaq. Festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada kənd həyatına aid bölmə, qərzəkli meyvələrin satış-yarmarkası fəaliyyət göstərəcək, sənətkarların əl işləri və milli mətbəx nümunələri sərgilənəcək. Müxtəlif müsabiqələrin – ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.

Festivalın sonunda Heydər Parkında geniş konsert proqramının keçirilməsi planlaşdırılır.

Şərhlər

şərhlər

Check Also

Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci il üçün təlim proqramını elan edib

Azərbaycan Turizm Bürosunun nəzdində olan Turizm Təlim və Sertifikasiya Mərkəzi 2021-ci ilin ilk yarısı üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir