Şənbə , May 18 2024
azenru

Səyahət üçün ən təhlükəli ölkələrin siyahısı

Beynəlxalq turizm ekspertləri 2020-ci il üçün xəritə hazırlayıb. Xəritədə səyahət üçün ən təhlükəli hesab edilən ölkələrin adları açıqlanıb.

Tvzvezda.ru-nun xəbərinə görə, bu siyahıda əsas yeri Afrika və Yaxın Şərqdə yerləşən dövlətlər tutur.

Mütəxəssislər 2020-ci ildə səyahət üçün ən təhlükəli ölkələrin İraq, Suriya, Livan, Yəmən və Əfqanıstan olduğunu deyiblər.

Onlar, eyni zamanda, turistlərin virus infeksiyalarına asanlıqla yoluxa biləcəyi ölkələrin də adlarını qeyd ediblər.

Bunlar Mərkəzi Afrika respublikaları, Cənubi Sudan, Eritreya, Liberiya, Qvineya və Nigeriyadır.

Ekspertlərin gəldiyi nəticəyə görə, yol-nəqliyyat hadisələrinin ən çox baş verdiyi ölkələrə Dominikan Respublikası, Səudiyyə Ərəbistanı, Tayland, Vyetnam və Venesuela daxildir.

Mütəxəssislərin gəldiyi nəticəyə əsasən, ən təhlükəsiz ölkələr Sloveniya, Danimarka, Lüksemburq və İsveçrə qəbul edilib.
Mənbə: oxu.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir