Bazar , May 19 2024
azenru
Home / Xəbərlər / İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır

İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.

Sərgidə Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzi, həmçinin 10-a yaxın turizm şirkəti təmsil olunur.

19 noyabrdan start götürən sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilib, Azərbaycanın işgüzar turizm potensialı barədə təqdimatlar nümayiş edilib.

İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IBTM World”də iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.

Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi istiqamətində aktiv iş aparılır.

Həmçinin ölkəyə böyükmiqyaslı tədbirlərin cəlb olunması məqsədilə müxtəlif dövlət qurumları və özəl qurumlarla əməkdaşlıq edilir.

Mənbə: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

 

 

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir