Cümə , Noyabr 22 2024
azenru
Home / Xəbərlər / Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur

Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm sənayesinin üzvləri Varşavada keçirilən “TT Warsaw 2019”  sərgisində iştirak edir.
Sərgidə iştirak etməkdə məqsəd Azərbaycanın turizm imkanlarının Mərkəzi Avropa bazarlarında təbliği və ölkəyə daha çox turistin cəlb olunmasına dəstək göstərməkdir.
Beynəlxalq sərgidə dörd turizm şirkəti və bir hotellər qrupu ilə təmsil olunan Azərbaycan stendi ilk gündən etibarən çoxsaylı ziyarətçilərin marağına səbəb olub və onlara Azərbaycanın turizm potensialı barədə ətraflı məlumatlar verilib.
Azərbaycan stendini ölkəmizin Polşadakı səfiri Həsən Həsənov da ziyarət edib və nümayiş olunan təbliğat materialları ilə tanış olub.
Noyabrın 23-dək davam edəcək sərgi çərçivəsində maraqlı tərəflərlə işgüzar görüşlər keçirilir və gələcək əməkdaşlıq üçün fikir mübadiləsi aparılır.
Mənbə: Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir