Cümə , May 10 2024
azenru
Home / Xəbərlər / Azərbaycan Turizm Assosiasiyası üzvləri üçün Gürcüstan və Türkiyənin turizm bölgələrinə infotur təşkil etdi.

Azərbaycan Turizm Assosiasiyası üzvləri üçün Gürcüstan və Türkiyənin turizm bölgələrinə infotur təşkil etdi.

İnfoturun əsas məqsədi yerli turizm şirkətlərinin Gürcüstan və Türkiyə turizm şirkətləri, eləcə də, müvafiq qurumları ilə əməkdaşliq münasibətlərinin qurulması üçün şəraitin yaradılmasıdır.

20-ə yaxın turizm şirkətinin iştirakı ilə təşkil olunan infoturun ilk səfəri Batumi şəhərinə oldu. Acariyanın Turizm və kurort üzrə departamentində Azərbaycanın turizm sənayesinin nümayəndələri üçün Gürcüstanın, o cümlədən Acariyanın turizm potensialının geniş təqdimatı keçirildi, tərəflər iki ölkə arasında turizm əlaqələrinin hazırki vəziyyəti və gələcəkdə əlaqələrin inkişafını təmin etmək üçün həyata keçirilməsi vacib olan lahiyələri müzakirə etdilər.

Trabzon şəhərində yerli turizm şirkətlərindən ibarət nümayəndə heyətini Akçaabat bələdiyyəsinin sədri Osman Nuri Ekim qəbul etdi. Görüşdə 30 yaxın turizm şirkətləri iştirak etdi. Bələdiyyə sədri Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulayaraq, turizm sahəsində əlaqələrin iki ölkə arasında münasibətlərin inkişafına əlavə təkan olduğunu qeyd etdi. Daha sonra yerli şirkətlər üçün təqdimat keçirildi, bölgənin turizm potensialının inkişafı haqqında müzakirələr aparıldı. Görüşün nəticəsi olaraq, iki ölkənin turizm sənayesinin nümayəndələri tərəfindən qarşiliqlı turizm proqramlarının hazırlanması, eləcə də qarşiliqli turizm potensialının təbliğatı haqqında qərar qəbul olundu.

Bundan başqa Azərbaycandan olan turizm şirkətləri üçün Rize vilayətinə infotur təşkil olundu, həmin tur çərçivəsində vilayətin 26 turuzm nümayəndəsi ilə göruş keçirildi, tərəflər arasında gələcək əməkdaşlıq haqqında danışlaq aparıldı və ilkin razılaşmalar əldə olundu.

Mənbə: azta.az

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir