Cümə , May 3 2024
azenru
Home / Xəbərlər / Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası 22-23 noyabrda Rusiya Federasiyasının Moskva şəhərində keçirilən 10-cu Rusiya – Azərbaycan regionlararası forumunda iştirak edib.

Forum çərçivəsində Azərbaycan Turizm Agentlikləri Assosiasiyası Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Turizmin İnkişafı Mərkəzi dövlət qurumu ilə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsini və inkişaf etdirilməsini nəzərdə tutan ikitərəfli saziş imzalayıb.

Tədbir zamanı assosiasiya ilə Rusiyanın Beynəlxalq Fəaliyyət Komitəsinin “İşgüzar Rusiya” təşkilatının Başqırdıstan regional şöbəsi arasında da əməkdaşlığa dair sənəd imzalanıb.

Forum çərçivəsində Azərbaycan və Rusiya arasında turizm sahəsinin inkişaf etdirilməsi, partnyorluq əlaqələrinin qurulması, uzunmüddətli, effektiv və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədi ilə Rusiyanın Turizm Komitəsinin “İşgüzar Rusiya” (Деловая Россия) Ümumrusiya İçtimai Təşkilatı ilə əməkdaşlığa dair saziş imzalanıb.

 

 

Mənbə: Azərbaycan Turizm Agentlikləri Assosiasiyası

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir