Bazar , Noyabr 3 2024
azenru
Home / Blog / Təbiət qoynunda ev -“Hobbitin Evi”

Təbiət qoynunda ev -“Hobbitin Evi”

Gözəl, rahat ev tikmək üçün külli miqdarda pul sərf etmək lazım deyil- bunu 32 yaşlı Saymon Deyli adlı fotoqrafın nümunəsində görə bilərik. O 4 ay ərzində 3000 funt sterlinq( 6600 manat)   xərcləyərək əsrarəngiz bir ev ərsəyə gətirib. Saymon öz arzusunu həyata keçirib və nəticədə öz ailəsi ilə təbiət qoynunda yaşayır.

İnşaat zamanı Saymon çox sadə alətlərən istifadə edirdi – kürək, çəkic və s. İş prosesində ona  qaynatası və bəzən dostları kömək edirdi.

Ev günəş panelləri və odunla yanan kamin ilə qızdırılır. Evin daxili divarları əhəng suvağı ilə örtülüb. Soyuducu zirzəmidən gələn hava ilə soyudulur.

Digər insanları ilhamlandırmaq və təcrübəsini bölüşmək üçün Saymon http://simondale.net/house saytını yaradıb.

O dostlarına yeni həyat tərzinə keçməsinə yardım edir,  bu da inşaatında iştirak etdiyi evlərdən biridir:

Saymonun evi Tolkienin “Üzüklərin hökmdarı ” kitabındakı obrazların yaşadığı evi xatırlatdığına görə “Hobbitin Evi” adlandırılır.

Şərhlər

şərhlər

Check Also

Dünyanın ən böyük səyahət gəmisi- FOTO

Bir müddət öncə Saint-Nazaire (Fransa) gəmiqayırma zavodunda bəşər tarixində ən böyük gəmi istehsal olunmuşdur. Bu səyahət …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir