Cümə axşamı , May 9 2024
azenru
Home / Tədbirlər / “Özünü ifadə et” adlı Bloggerlik və Vloggerlik Məktəbi layihəsi uğurla başa çatdı- FOTOLAR

“Özünü ifadə et” adlı Bloggerlik və Vloggerlik Məktəbi layihəsi uğurla başa çatdı- FOTOLAR

“Gənclər Turizmi” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun 12-ci qrant müsabiqəsi çərçivəsində “Özünü ifadə et” adlı Bloggerlik və Vloggerlik Məktəbi layihəsinin icrasını uğurla başa vurmuşdur.

Layihə çərçivəsində 12 Noyabr – 26 noyabr 2019-cu il tarixində Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Bakı Humanitar Kollecində gənclərə peşəkar, blog və vlog sahəsində təcrübəli blogger və vloggerlərin iştirakı ilə seminarlar təşkil olunmuşdur.

Layihənin həyata keçirilməsində məqsəd sosial media və bloggerlik fəaliyyəti ilə bağlı gəncləri təlimatlandırmaq və onlardan internet medianın imkanlarından faydalı şəkildə istifadə edən faydalı gənclər kimi formalaşdırmaq, habelə, gənclərin bloggerliyə və vloggerliyə marağını yaratmaq, gənclərin fikirlərini sərbəst şəkildə və milli mənəvi dəyərlər çərçivəsində ifadə etməyə dəstək göstərmək olmuşdur.

Layihə çərçivəsində gənclərə internet media, bloqçuluq, sosial şəbəkələr mövzusunda təlimlər keçirilmiş, gənclərə internet medianın texniki tərəfləri, bloq yaratmaq və tanıtmaq işi öyrədilmişdir. Seminarlarda sosial etika, sosiallaşma, milli və mənəvi dəyərlər, bloq nədir, nə üçün yazmaq lazımdır, bloq yazmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli) mövzuları haqqında proqramlardan ibarət təlimlər keçirilmişdir.

Ümumilikdə sözügedən layihə 400-dən çox gənci əhatə etmişdir. Layihə müddətində mövzu üzrə biliklərin daha geniş kütləyə çatdırılması üçün 1000-dən çox buklet və broşurlar paylanılmışdır.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir