Dekabrın 6-da Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimi baş tutub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, baş icraçı direktor Florian Zenqstşmid məlumat verib ki, hotellərə udluzların verilməsi prosesi 2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələ üçün 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib.
Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur.