Bazar , May 12 2024
azenru
Home / Tədbirlər / Azərbaycanda hotellərə ulduz verilməsinə başlanılıb

Azərbaycanda hotellərə ulduz verilməsinə başlanılıb

Dekabrın 6-da Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsi görə uyğunluğun qiymətləndirilməsi üzrə akkreditasiya attestatının təqdimetmə mərasimi baş tutub.
Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, baş icraçı direktor Florian Zenqstşmid məlumat verib ki, hotellərə udluzların verilməsi prosesi  2020-ci ilin ilk rübündə başlayacaq və ilk mərhələ üçün 100-dən çox hotelin ulduzlaşması həyata keçiriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid ulduz kateqoriyasının hotelçiliyin inkişafı üçün mühüm addım olduğunu, Azərbaycan qonaqpərəvərlik sənayesinə müsbət yeniliklər gətirəcəyini, beləliklə, turistlərə  daha keyfiyyətli xidmətlərin təqdim olunmasına vəsilə olacağını bildirib.
Qeyd edək ki, mövcud təcrübə Türkiyə və Gürcüstan kimi qonşu ölkələrdə də tətbiq olunur.

Şərhlər

şərhlər

Check Also

Bakı-Naxçıvan-Bakı reysləri güclü duman səbəbindən həyata keçirilmir

Naxçıvan hava limanında güclü duman olduğundan Bakı-Naxçıvan-Bakı reysləri yerinə yetirilmir. Hava şəraiti normallaşan kimi, bütün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir